“Erkən nigaha yox deyək!” adlı tədbir keçirilib
10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimovanın təşkilatçılığı ilə “Erkən nigaha yox deyək!” adlı tədbir keçirilib.
ƏtraflıEtik davranış qaydalarının pozulması, korrupsiya və digər neqativ hallarla bağlı maarrifləndirici tədbir keçirilib
7 nömrəli tam orta məktəbdə etik davranış qaydalarının pozulması, korrupsiya və digər neqativ hallarla bağlı maarrifləndirici tədbir keçirilib.
ƏtraflıƏmək və icra intizamının gücləndirilməsi məqsədilə Microsoft TEAMS platforması vasitəsilə müşavirə keçirib
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev əmək və icra intizamının gücləndirilməsi məqsədilə Microsoft TEAMS platforması vasitəsilə müşavirə keçirib.
ƏtraflıŞuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə Microsoft TEAMS platforması vasitəsilə maarifləndirmə tədbiri keçirilib
24 noyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev RTŞ-nin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı müavinlər, Uşaq Birliyi Təşkilatı Rəhbərləri, laborantlar və kitabxanaçıların iştirakı ilə mövcud şəraitin tələblərinə uyğun olaraq Microsoft TEAMS platforması vasitəsilə maarifləndirmə tədbiri keçirib.
ƏtraflıVIIIa sinfinə şəhid Allahverdi Əli oğlu Allahverdiyevin adı verilib
7 nömrəlin tam orta məktəbin VIIIa sinfinə şəhid Allahverdi Əli oğlu Allahverdiyevin adı verilib.
ƏtraflıVətən uğrunda şəhid olan qəhrəmanların övladlarına psixoloji dəstək olmaq məqsədilə Vd sinif şagirdləri ilə söhbət aparılıb
Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Vəliyeva Vətən uğrunda şəhid olan qəhrəmanların övladlarına psixoloji dəstək olmaq məqsədilə Vd sinif şagirdləri ilə söhbət aparıb.
ƏtraflıX sinfə qəbul prosesi bu tarixdə yekunlaşacaq
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq.
Ətraflı9 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səmədova Fəridə Əli qızı “Zəfər yolu” inşa müsabiqəsində I dərəcəli diplomla təltif olunub
Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.
ƏtraflıAzərbaycan uşaqlarının V Ümumrespublika Forumu keçirilib
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.
ƏtraflıIXc sinif şagirdləri Ramana qəsəbəsində yerləşən tikiş sexinə ekskursiya ediblər
Təhsil Nazirıiyinin 29 iyul 2021-ci il tarixli F-382 nömrəli əmrinə əsasən "Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi" məqsədilə məktəbin IXc sinif şagirdləri Ramana qəsəbəsində yerləşən tikiş sexinə ekskursiya ediblər.
ƏtraflıTəltif edilən müəllimlərə mükafatların təqdim edilməsi münasibətilə tədbir keçirilib
Şuşa Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə 5 Oktyabr Müəllimlər Günü münasibətilə təltif edilən müəllimlərə mükafatların təqdim edilməsi münasibətilə tədbir keçirilib.
ƏtraflıTəhsil Nazirliyinin məlumatı
Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.
ƏtraflıTəhsil nazirinin növbəti videoqəbulu keçiriləcək
Təhsil naziri Emin Əmrullayev 26 noyabr 2021-ci il saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.
Ətraflı"Yol hərəkəti qaydalarına əməl edək" mövzusunda maarifləndirici tədbir keçirilib
1 nömrəli tam orta məktəbin şəhid Xudayar Yusifzadə adına IIc sinfində müəllim Sevda Şirinovanın təşkilatçılığı ilə "Yol hərəkəti qaydalarına əməl edək" mövzusunda maarifləndirici tədbir keçirilib.
ƏtraflıŞəhid Ağaliyev Müzəffər Vahid oğlunun ailəsini ziyarət ediblər
10 nömrəli tam orta məktəbin İlham Zəkiyev adına VIII sinif şagirdləri, valideynləri, sinif rəhbəri Zərifə İbrahimova və həmin sinfin adını daşıyan paraolimpiyalı cüdoçu, Dünya və Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi, "Yaşat" Fondunun fəxri üzvü İlham Zəkiyev Şəhid Ağaliyev Müzəffər Vahid oğlunun ailəsini ziyarət ediblər.
Ətraflı