Zəngilan rayonunun işğaldan azad olunmasının bir illiyi ilə əlaqədar olaraq şagirdlərə məlumat verilib
7 nömrəli tam orta məktəbin tarix müəllimi Zənfirə Məmmədova dərs zamanı VIII siniflərə Zəngilan rayonunun bir illiyi ilə əlaqədar olaraq işğal və işğaldan azad olunma, azad olunmuş torpaqlara möhtərəm prezidentimiz cənab İlham Əliyevin səfəri, Zəngilanda gedən quruculuq işləri barədə geniş məlumat verib.
ƏtraflıAşıq Ələsəgər yaradıcılığı ilə tanış etmək məqsədilə maarifləndirici dərs keçirilib
Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə Nisə Şabıyevanın təşkilatçılığı ilə 8b sinfində aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar "Aşıq Ələsgərin həyat və yaradıcılığı" mövzusunda şagirdləri Aşıq Ələsəgər yaradıcılığı ilə tanış etmək məqsədilə maarifləndirici dərs keçirilib.
Ətraflı“Gəlin özümüzə peşə seçək!” adlı tədbir keçirilib
19 oktyabr 2021-ci il tarixdə "Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi" məqsədilə 7 nömrəli tam orta məktəbin psixoloqu Qönçə Şəfiyeva tərəfindən “Gəlin özümüzə peşə seçək!” adlı tədbir keçirilib.
Ətraflı18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib
Şuşa rayonunun ümumtəhsil məktəblərində 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib.
Ətraflı“Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir
Ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasına start verilir.
ƏtraflıMaştağa qəsəbəsində yerləşən şəhidlər xiyabanı ziyarət edilib
11 nömrəli məktəbin direktoru Natiqə Aslanova pedaqoji kollektivi və şagirdləri ilə birgə Maştağa qəsəbəsində yerləşən şəhidlər xiyabanını ziyarət ediblər.
ƏtraflıIIIb sinif şagirdləri II Vətən Müharibəsinin və Şanlı Qələbənin şərəfinə yaradılmış ,,Qənimətlər Parkı”na ekskursiya ediblər
1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Mehdiyevanın rəhbərliyi ilə Şükür Həmidov adına IIIb sinif şagirdləri II Vətən Müharibəsinin və Şanlı Qələbənin şərəfinə yaradılmış ,,Qənimətlər Parkı”na ekskursiya ediblər.
ƏtraflıXankəndi şəhər 4 nömrəli tam orta məktəbin komandası final mərhələsinə vəsiqə qazanıb
VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsində Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin komandası final mərhələsinə vəsiqə qazanıb.
ƏtraflıŞuşa rayonunun təhsil müəssisələrinin 60-a yaxın aktiv fəal müəllimləri ilə "Gələcəyə hədəflənən təhsil" mövzusunda online seminar keçirilib
9 oktyabr 2021-ci tarixdə Şuşa rayon təhsil şöbəsinin məsləhətçisi Aydan Bağırovanın təşəbbüsü ilə Şuşa rayonunun təhsil müəssisələrində 60-a yaxın aktiv fəal müəllimlər ilə "Gələcəyə hədəflənən təhsil" mövzusunda online seminar keçirilib.
Ətraflı“Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsi başlayır
VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsinə start verilir.
ƏtraflıYeni işə qəbul olan müəllimlərlə söhbət aparılıb
7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Novruzova yeni işə qəbul olan müəllimlərlə söhbət apararaq onların təəsüratlarını öyrənib.
Ətraflı,,Qənimətlər Parkı”na ekskursiya edilib
Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülşən Xudiyevanın rəhbərliyi ilə IIIc sinif şagirdləri II Vətən Müharibəsinin və Şanlı Qələbənin şərəfinə yaradılmış ,,Qənimətlər Parkı”na ekskursiya ediblər.
Ətraflı"Zəfər ilinin müəllimi" layihəsinə start verilir
Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir. Layihə bu ilin sonunadək davam edəcək.
ƏtraflıI sinif şagirdlərinin ümumi dünyagörünüşü yoxlanılıb
7 nömrəli tam orta məktəbdə məktəbin illik fəaliyyət planına uyğun olaraq təlim tərbiyə işləri üzrə direktor müavini Xəyalə Novruzova tərəfindən birinci sinif şagirdlərinin məktəbə adaptasiya olunması vəziyyəti,
ƏtraflıVI sinif şagirdi Sübhanə Sarıyeva yay tətili müddətində əlavə tapşırıqlar işləyərkən riyazi hesablamanın daha asan üsulunu icad edib
Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin VI sinif şagirdi Sübhanə Sarıyeva yay tətili müddətində əlavə tapşırıqlar işləyərkən riyazi hesablamanın daha asan üsulunu icad edib və daha sonra valideynlərinə öz fikirlərini bildirib.
Ətraflı